Əllərin keyiməsinin əsas səbəbləri sinir sisteminin xəstəlikləri, qan dövranı pozğunluqları və zərərli vərdişlərin nəticələri ilə bağlıdır.
DenMedia.az xəbər verir ki, bu barədə nevroloq Stanislav Xvorostyanoy “Doktor Piter” nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hissiyyatın itməsi müstəqil diaqnoz deyil, orqanizmin ciddi pozğunluqlar barədə xəbərdarlıq siqnalıdır.
Mütəxəssis qeyd edib ki, halların böyük əksəriyyəti sinir sisteminin fəaliyyətindəki nasazlıqlarla bağlıdır. Ən çox rast gəlinən səbəblər arasında:
-
Tunel sindromu,
-
Polineyropatiya (spirtli içkilərdən və ya şəkərli diabetdən yaranan),
-
bəzən isə skleroz və ya beyin şişləri yer alır.
Xvorostyanoy həmçinin damar mənşəli səbəblər arasında Reyno xəstəliyini, aterosklerozu və trombozu vurğulayıb.
Nevroloqun sözlərinə görə, dəqiq diaqnoz üçün qanda şəkər və hormon analizləri, USM, MRT və xüsusi nevroloji testlər aparılmalıdır.
“Müalicə taktikasını yalnız keyiməyə səbəb olan əsas xəstəliyin aşkarlanması müəyyənləşdirir,” – deyə həkim vurğulayıb.