Soyuqdəymə və qrip zamanı geniş istifadə olunan isti buxarla nəfəs almaq üsulu sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Bu barədə terapevt Ksand van Tullen xəbərdarlıq edib. Onun sözlərini “The Mirror” nəşri yayıb.
Həkimin sözlərinə görə, isti buxarla inhalyasiya soyuqdəymə əlamətlərini və burun tutulmasını aradan qaldırmaqda təsirli üsul deyil. Əksinə, bu üsul ciddi yanıqlara səbəb ola bilər.
Mütəxəssis bildirib ki, təhlükə yalnız qaynar sudan deyil, buxarın özündən də qaynaqlanır.

“Buxarın temperaturu qaynar su kimi 100 dərəcə Selsi olsa da, o, daha çox enerji daşıya bilər. Bu isə daha ağır yanıqlara səbəb olur”, – deyə həkim izah edib.
Van Tullen vurğulayıb ki, isti buxarla nəfəs almaq təkcə dəridə deyil, burun, boğaz və tənəffüs yollarında, hətta ağciyərlərdə də yanıq təhlükəsi yaradır.

