19 
iyl
2023
18:19
324

KONDİSİONER BU XƏSTƏLİKLƏRİ OYADIR – SİYAHI

19 iyl, 2023
18:19
324

KONDİSİONER BU XƏSTƏLİKLƏRİ OYADIR – SİYAHI

İsti havalarda ev şəraitində kondisionersiz qalmaq mümkün deyil. Həkimlər isə kondisioner havasında uzun müddət qalmağı məsləhət görmürlər. Həddən artıq soyudulmuş otaqda uzun müddət oturmaq orqanizmə böyük ziyan vurur.

Den.az yazır ki, həkimlərin sözlərinə görə, kondisioner adaptasiyanı öldürür. Orqanizm mübarizə etməyə öyrənib. İsti-soyuq yeri dəyişəndə insanın müqaviməti azalır və xəstəliyə qarşı zəifləyir. Buna görə də, kondisioner şəraiti ilə bayır havası arasında temperatur fərqi az olmalıdır. Fərq nə qədər az olsa, o qədər yaxşıdır. Temperatur fərqinin 5 dərəcə olması məsləhət görülür.

Kondisioner işləyən otaqda havanı tez-tez dəyişmək lazımdır. Eyni zamanda, kondisioner olan otaqda maksimum 2 saat qalmaq lazımdır.
Həkimlər də müəyyən edib ki, kondisionerlər yuxarı tənəffüs yollarında, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmlərə gətirə bilər, həmçinin təmizlənməyən, nasaz işləyən kondisionerlərdən istifadə zamanı allergik soyuqdəymə, astma kimi xəstəliklərin də sayı artır.

Optimal otaq temperaturu 18-22 dərəcə sayılır. Bundan aşağı temperatur artıq soyuq hərarətdir və bu halda insanın orqanizmində, xüsusən də tənəffüz orqanlarında iltihabi problemlər yarada, ürək qan-damar sistemində, böyrək, qarın boşluğu orqanlarında soyuqlama ola bilər.

Həkimlərin fikrincə, əslində kondisioner lazımlı, sağlamlıq üçün vacib bir cihazdır. Ancaq kondisionerdən sui-istifadə, onun vasitəsilə otaqda həddindən artıq soyuq və ya isti yaratmaq olmaz. Belə olan halda, beyin qan dövranı xəstəliyi, qan təzyiqi olan, şəkər, ürək xəstələri, ürək zəifliyi, “zob”u olan belə hava şəraitinə qarşı dözümsüz olurlar.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar