Bu gün Bakının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək Xətai rayonunun bir sıra ünvanlarında qazın verilişi dayandırılacaq.
Məhdudiyyət Xocalı və 8 Noyabr prospektlərini, Babək prospektinin bir hissəsini, eləcə də A. İsmayılov, N. Rəfiyev, S. Orucov, İ. Orucov, M. Mehdizadə, S. Vəzirov və S. Senyuşkin küçələrini əhatə edəcək.
Qaz təchizatının işlər yekunlaşdıqdan sonra bərpa olunacağı bildirilib.

