Bu gün Bakının bəzi ərazilərində qaz təchizatında məhdudiyyət olacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq tədbirləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Balaxanı qəsəbəsində qazın verilişi məhdudlaşdırılacaq.
Qaz təchizatının işlər yekunlaşdıqdan sonra bərpa olunacağı gözlənilir.

