Bu gün Bakının Yasamal rayonunun bir hissəsində təbii qazın verilişi müvəqqəti dayandırılacaq.
Bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək A. Salamzadə və H. Zərdabi küçələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
“Azəriqaz”dan qeyd edilib ki, təmir-quraşdırma işləri yekunlaşdıqdan sonra təbii qazın verilişi tam bərpa olunacaq.

