Yanvarın 2-də, saat 10:00-dan Bakının Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişməsindən Heydər Əliyev prospektinin başlanğıcına qədər hissədə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Denmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb:
"Yol bağlanmır. Hərəkətin məhdudlaşdırılması işlər bitənə qədər, qısa müddət ərzində qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur".

