Bakıda daha üç yol sahəsində təmir işlərinə başlanılır.
Aparılacaq işlərlə əlaqədar Suraxanı rayonu 14 İyul küçəsində, Yasamal rayonu Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsindən Salatın Əsgərova küçəsinədək olan hissəsində, həmçinin Səbail rayonu Həsən Abdullayev küçəsinin Rostropoviç küçəsindən Yusif bəy İbrahimli küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
Bildirilib ki, avqustun 6-sı saat 08:00-dan avqustun 7-si saat 22:00-dək hərəkət qismən, avqustun 7-si saat 23:00-dan avqustun 10-u saat 07:00-dək isə tam məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və müvəqqəti yol nişanlarının tələblərinə əməl etmələri xahiş olunub.

