Avqustun 29-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Paytaxt və yarımadada havanın temperaturunun gecə 21–25 dərəcə, gündüz isə 28–31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60–70 faiz, gündüz isə 50–55 faiz təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı proqnozlaşdırılır.
Gecə və axşam saatlarında ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 20–25 dərəcə, gündüz 32–36 dərəcə isti, dağlarda isə gecə 13–18 dərəcə, gündüz 20–25 dərəcə isti olacaq.

