Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Gecə saatlarında yarımadanın ayrı-ayrı ərazilərində yağışın intensiv olacağı, həmçinin şimşək çaxacağı ehtimal edilir.
Gündüz hava dəyişkən buludlu olacaq, əsasən yağıntısız keçəcək. Şimal-şərq küləyi axşam saatlarında şimal-qərb küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19–22 dərəcə, gündüz isə 27–32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70–80 faiz, gündüz isə 55–60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və axşam saatlarında isə yağışın bəzi yerlərdə güclənəcəyi proqnozlaşdırılır.
Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı vaxtlarda güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 19–22 dərəcə, gündüz 30–35 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 9–14 dərəcə, gündüz 18–23 dərəcə, bəzi yerlərdə 25–27 dərəcə isti olacaq.

