Sabah – avqustun 31-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, yağıntının arabir leysan xarakterli olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxması, axşam saatlarında isə yağışın intensiv və qısamüddətli güclü olması ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeronda havanın temperaturu gecə 20–23 dərəcə, gündüz 24–26 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 761 mm civə sütunu, nisbi rütubətin isə 70–80 faiz təşkil edəcəyi bildirilir.
Azərbaycanın rayonlarında da qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə leysan, şimşək və dolu ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman müşahidə oluna bilər. Yağıntılarla əlaqədar bəzi dağ çaylarından qısamüddətli sel keçməsi də istisna edilmir.
Rayonlarda temperatur gecə 18–23, gündüz 25–29 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 11–16, gündüz 19–24 dərəcə isti olacaq.

