Bu gün saat 15:00-dan etibarən Bakının iki yol sahəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidməti məlumat yayıb.
Təmir işləri Binəqədi rayonunun Binəqədi qəsəbəsində Cəfər Cabbarlı küçəsində, eləcə də Sabunçu rayonunda Zabrat–Maştağa şosesinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsindən Dövlət Gömrük Komitəsinin Akademiyasının qarşısına qədər olan hissəsində aparılacaq.
Zabrat–Maştağa şosesində işlər hər iki istiqamətdə həyata keçiriləcək.
Sürücülərdən əvvəlcədən alternativ marşrutlardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

