Bu gün Bakının Binəqədi, Qaradağ və Sabunçu rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, məhdudiyyətlər təmir-quraşdırma işləri ilə əlaqədardır.
Saat 10:00-dan işlər başa çatanadək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsində qazın verilişində fasilə yaranacaq.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində S.Fərziyev küçəsində, Sabunçu rayonunda isə Ramana qəsəbəsinin bir hissəsində qaz təchizatında qısamüddətli fasilələr gözlənilir.
Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa olunacaq.

