Bu gün Bakının Qaradağ və Nərimanov rayonlarının bir sıra ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər təmir-quraşdırma işləri və qaz infrastrukturunun payız-qış mövsümünə hazırlanması ilə əlaqədardır.
Saat 09:00-dan işlər başa çatanadək Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrində qazın verilişi müvəqqəti dayandırılacaq.
Bundan başqa, saat 10:00-dan etibarən Nərimanov rayonunda Ziya Bünyadov və Azadlıq prospektlərinin, eləcə də İsmət Dadaşov, Mustafa Kamal Atatürk və Nəriman Nərimanov küçələrinin bəzi hissələrində qaz təchizatında fasilələr yaranacaq.
“Azəriqaz”dan bildirilib ki, işlər tamamlandıqdan sonra qaz təchizatı tam həcmdə bərpa olunacaq.

