Sentyabrın 25-də Bakının bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Maştağa qəsəbəsində, eləcə də Xəzər rayonunun Buzovna qəsəbəsinin bir hissəsində və “Binə Atçılıq” yaşayış massivində qaz təchizatında qısamüddətli fasilələr yaranacaq.

