Bu gün, oktyabrın 15-də Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, elektrik təchizatının keyfiyyətinin artırılması və enerjiyə artan tələbatın qarşılanması məqsədilə müxtəlif gərginlikli yarımstansiyalarda və hava elektrik verilişi xətlərində təmir və yenidənqurma işləri aparılacaq.
Bununla əlaqədar aşağıdakı ərazilərdə planlı elektrik kəsintiləri nəzərdə tutulur:
Yasamal rayonu (10:00–13:00): Abbas Mirzə Şərifzadə, Həsən bəy Zərdabi, Mirəli Seyidov, Nəriman Nərimanov küçələri və İnşaatçılar prospektinin bir hissəsi.
Xəzər rayonu (10:00–13:00): Albalılıq və Binə Atçılıq yaşayış massivləri, Buzovna qəsəbəsi və Abşeron küçəsinin bəzi hissələri.
Binəqədi rayonu (11:00–16:00): Biləcəri qəsəbəsində 10 May küçəsi və Xırdalan–Binəqədi yolunun aşağı hissəsi.
Bildirilib ki, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

