Avqustun 21-də Bakı və Sumqayıtın bəzi ərazilərində planlı təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, işlər elektrik təchizatının keyfiyyətinin yüksəldilməsi və şəbəkədə artan yükün qarşılanması məqsədilə həyata keçirilir.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək İzmir, Nəriman Nərimanov küçələrinin və Mətbuat prospektinin bəzi hissələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Nərimanov rayonunda saat 09:00-dan 13:00-dək Vladimir Mayakovski və İsmayıl Hidayətzadə küçələrinin bəzi hissələrində, eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının ərazisində fasilələr gözlənilir.
Bundan başqa, Sumqayıtda 35/10/6 kV-luq “Nübar” yarımstansiyasında təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 17:00-dək Aşağı Güzdək qəsəbəsinin və At Yalı yaşayış massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
“Azərişıq”dan bildirilib ki, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə elektrik təchizatının keyfiyyəti və dayanıqlılığı yaxşılaşacaq.

