Elektrik təchizatının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan elektrik enerjisi tələbatının qarşılanması məqsədilə sentyabrın 9-da Bakının bəzi ərazilərində elektrik şəbəkələrində təmir işləri aparılacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, aparılacaq işlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisinə daxil olan Abbas Mirzə Şərifzadə, Arif Mehdiyev, Mirəli Seyidov küçələrində, eləcə də Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

