Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, məhdudiyyətlər transformator yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədardır.
Saat 10:00-dan 13:00-dək Lev Tolstoy, Nazim Hikmət, Raqib Tağıyev, Süleyman Tağızadə, Ümid Əkbərov, Vasif Əliyev və Zərgərpalan küçələrində, eləcə də Azərbaycan prospektinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr mümkündür.
“Azərişıq” ASC qeyd edib ki, təmir işləri elektrik təchizatının keyfiyyətinin və dayanıqlığının artırılması, həmçinin elektrik enerjisinə artan tələbatın qarşılanması məqsədilə həyata keçirilir.

