Oktyabrın 5-də Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, transformator yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Məhdudiyyət Abbas Mirzə Şərifzadə, Məhəmməd Xiyabani və Mirəli Seyidov küçələrini, həmçinin Yeni Yasamal-1 yaşayış massivinin bir hissəsini əhatə edəcək.
Qurumun məlumatına görə, təmir işləri elektrik şəbəkəsində artan yük nəzərə alınmaqla enerji təchizatının keyfiyyətinin və dayanıqlığının artırılması məqsədilə həyata keçirilir.

