Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Məlumata görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqəsində təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Zahid Xəlilov, Əbdürrəhim bəy Haqverdiyev küçələrində və Mətbuat prospektində elektrik enerjisinin verilişində məhdudiyyətlər müşahidə olunacaq.
Həmçinin Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Kamil Balakişiyev, Əlif Hacıyev, Azər Manafov küçələrində və Qara Qarayev prospektinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Təmir-təftiş işləri başa çatdıqdan sonra qeyd olunan ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

