Bakıda 553 və 567 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdirilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dəyişiklik Hökməli–Puta avtomobil yolunda (Çingiz Mustafayev küçəsi) aparılan təmir işləri ilə əlaqədardır.
Təmir səbəbindən həmin yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Bununla əlaqədar 567 nömrəli avtobuslar Qobu qəsəbəsində Sona Salmanova küçəsi ilə, 553 nömrəli avtobuslar isə “Yeni məhəllə” adlanan ərazidən keçməklə hərəkət edirlər.

