Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş verən yanğın tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğının genişlənməsinin, yaxınlıqdakı yaşayış binalarına və digər obyektlərə yayılmasının qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.

