Konqo Demokratik Respublikasında Ebola qızdırmasından ölənlərin sayı 893 nəfərə çatıb.
Bu barədə ölkənin Rabitə və Media Nazirliyi məlumat yayıb.
Rəsmi qiymətləndirməyə görə, virusdan ölüm səviyyəsi 39,4% təşkil edir.
Hakimiyyətin məlumatına əsasən, ölkənin beş əyalətində ümumilikdə 2267 yoluxma halı təsdiqlənib. Onlardan 444 nəfər sağalıb.
Həmçinin 722 nəfərin karantində olduğu və ya tibb müəssisələrində müalicə aldığı bildirilir.

