Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma hallarının sayı 450-ni keçib.
Ölkənin Milli İctimai Səhiyyə İnstitutunun məlumatına görə, indiyədək 452 yoluxma halı təsdiqlənib, 82 pasiyent isə həyatını itirib.
Bu barədə EFE agentliyi məlumat yayıb.
Konqo Demokratik Respublikasının hakimiyyət orqanları ölkədə infeksiyanın sürətlə yayılmaqda davam etdiyi barədə xəbərdarlıq ediblər.
Xəstəliyin əsas episentri DRC-nin şərqində yerləşən İturi vilayəti olub. Daha sonra yoluxma arealı qonşu Şimali Kivu və Cənubi Kivu vilayətlərinə, həmçinin Uqanda ərazisinə yayılıb.
Hazırda Uqandada 19 yoluxma halı qeydə alınıb. Onlardan 2-si ölümlə nəticələnib.

