Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması ilə bağlı ciddi narahatlıq ifadə edib.
Bu barədə ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus X sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, hazırda ölkədə 82 təsdiqlənmiş Ebola halı və 7 ölüm faktı qeydə alınıb. Lakin ÜST hesab edir ki, epidemiyanın real miqyası daha böyük ola bilər.
Konqo Demokratik Respublikasında Ebola ilə bağlı vəziyyət dərin narahatlıq doğurur. Hazırda 82 xəstəlik halı və 7 ölüm təsdiqlənib. Amma biz bilirik ki, DRC-də epidemiya daha genişmiqyaslıdır. Hazırda təxminən 750 şübhəli yoluxma və 177 ehtimal olunan ölüm halı var,
— deyə Qebreyesus bildirib.
ÜST rəhbəri qeyd edib ki, ehtimal olunan yoluxma hallarının sayı artıq 750-yə yaxınlaşır, ölüm halları isə 177-yə çatıb.

