Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma nəticəsində ölənlərin sayı 149 nəfərə çatıb.
Laboratoriya şəraitində təsdiqlənmiş yoluxma hallarının sayı isə 710 olaraq qeydə alınıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Nazirliyin açıqladığı statistikaya əsasən, virus üzrə ölüm göstəricisi 21 faiz qiymətləndirilir.

