Demokratik Konqo Respublikasında Ebola qızdırmasına yoluxma hallarının sayı iyunun 8-nə olan məlumata görə 598-ə çatıb. Xəstəlik nəticəsində 115 nəfər vəfat edib.
Bu barədə ölkənin Kommunikasiya və Media Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.
Nazirlik bildirib ki, hazırda 297 pasiyent tibb müəssisələrində müalicə alır. Daha 22 nəfər isə sağalıb.
Qurumun məlumatına görə, yoluxan şəxslərlə təmasda olanların izlənmə səviyyəsi 56,3 faiz təşkil edir. Ölkədə Ebola üzrə ümumi ölüm göstəricisi isə 19,2 faiz olaraq qiymətləndirilir.

