Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar xarici parlamentlərin beynəlxalq əlaqələr komitələrinə, parlamentlərarası işçi qruplara və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlayıb.
Sənədlərdə 613 dinc sakinin – qadınların və uşaqların qətlə yetirilməsinin XX əsrin ən ağır insanlıq cinayətlərindən biri olduğu və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirildiyi vurğulanıb.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, həmçinin Ermənistanla sülh prosesinin irəliləməsi regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.
Parlament beynəlxalq ictimaiyyəti Xocalı faciəsi haqqında məlumatlılığın artırılmasına, hadisənin beynəlxalq səviyyədə tanınmasına və təqsirkarların məsuliyyətə cəlb olunmasına çağırıb.

