Son 5 il ərzində Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarını anarkən artıq ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi bu günü qeyd edir. Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Nazirin sözlərinə görə, bu gün Xocalıya həyat qayıdır və işğaldan azad olunmuş bütün Qarabağ ərazisində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır.
Bayramov vurğulayıb ki, Xocalı faciəsi miqyasına görə ən ağır qətliamlardan biri idi və ondan əvvəl də Azərbaycan xalqına qarşı bir sıra qanlı hadisələr törədilmişdi.
“Biz bunu heç zaman unuda bilmərik,” – deyə nazir qeyd edib.
O bildirib ki, tarixi yaddaşın qorunması və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması Azərbaycanın prioritet istiqamətlərindən biridir.

