Xocalı faciəsi bəşəriyyət tarixində insanlığın vicdanına vurulmuş qara ləkə kimi qalacaq.
Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bildirib.
Diplomat Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakıda yerləşən “Ana harayı” abidəsini ziyarət edib.
Səfir çıxışında Xocalı qurbanlarının ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verərək, faciənin heç zaman unudulmamalı olduğunu vurğulayıb.

