BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.
Bu barədə qurumun “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
“Xocalı faciəsinin qurbanlarının xatirəsini dərin ehtiramla anırıq. Bu kimi faciələrin bir daha təkrarlanmaması üçün bütün səylər göstərilməlidir. Davamlı sülh yalnız dialoq və barışıq yolu ilə mümkündür,” – paylaşımda qeyd olunub.
Eyni zamanda İsveçin Bakıdakı səfirliyi də Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar başsağlığı mesajı yayıb.
“İsveçin Bakıdakı səfirliyi Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir,” – deyə bildirilib.
İtaliyanın Bakıdakı səfirliyi də 1992-ci ildə baş vermiş Xocalı soyqırımının qurbanlarını yad edərək kədərini ifadə edib.
“Xocalı faciəsinin qurbanlarının xatirəsini anaraq hüznümüzü bölüşürük,” – paylaşımda vurğulanıb.

