Martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Almaniya kansleri Fridrix Merts arasında telefon danışığı baş tutub.
Tərəflər Yaxın Şərqdə davam edən gərginliklə bağlı narahatlıqlarını ifadə edərək, bunun Cənubi Qafqaza mümkün təsirləri ətrafında fikir mübadiləsi aparıblar.
Məlumata görə, Fridrix Merts Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini alqışlayıb və bunun regionda sabitlik üçün əhəmiyyətini vurğulayıb.
Liderlər həmçinin ikitərəfli münasibətlərin perspektivlərini, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

