Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, söhbət zamanı Azərbaycan və Türkiyə arasında ikitərəfli müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq məsələləri, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalarda birgə fəaliyyət, eləcə də regionda təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Bununla yanaşı, Yaxın Şərqdə mövcud vəziyyət, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

