Almaniyanın kansleri Fridrix Merts bildirib ki, Ukrayna münaqişəsi çərçivəsində atəşkəs Rusiya ilə sülh danışıqlarının başlanması üçün ilkin şərtdir. Bu barədə Almaniyanın Tagesspiegel qəzeti yazır.
Nəşrin məlumatına görə, Merts hesab edir ki, ilk növbədə “silahlar susmalıdır”.
Kansler əlavə edib ki, Rusiya ilə dialoqa hazırdır. Lakin onun sözlərinə görə, hazırda Rusiya Silahlı Qüvvələrinin hücumları davam etdiyi şəraitdə belə bir dialoq məntiqsiz görünür.

