Avropa İttifaqı Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Avropa İttifaqı Cənubi Qafqazın sülh və rifah içində gələcəyinə inanır.
“Aİ Cənubi Qafqazın parlaq gələcəyinə — sülh və rifaha inanır. Biz bu gələcəyin qurulmasına kömək etmək istəyirik. Mən həmçinin Aİ ilə Azərbaycan arasında tərəfdaşlığı dərinləşdirmək üçün buradayam — ticarət və nəqliyyatdan enerji və iqtisadiyyata qədər”, — deyə Ursula fon der Lyayen qeyd edib.
Xatırladaq ki, Avropa Komissiyasının sədri bu gün, 1 iyulda, işgüzar səfərlə Azərbaycana gəlib.

