Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukraynada müharibənin başlanmasından bəri 11-ci dəfə Kiyevə səfər edib.
O, bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.
“Müharibə dövründə Ukraynaya 11-ci səfərim çərçivəsində indicə Kiyevə çatdım”, — deyə fon der Lyayen bildirib.
Səfər zamanı Avropa İttifaqı ilə Ukraynanın müdafiə sənayesi komplekslərinin daha dərin inteqrasiyasına yönələn yeni birgə təşəbbüslərin açıqlanacağı gözlənilir.
Tərəflər hərbi əməkdaşlıqla yanaşı, qarşıdakı qış mövsümünə hazırlıq məsələlərini də ətraflı müzakirə edəcəklər.
Görüşlərin gündəliyinə həmçinin Ukraynanın Avropa İttifaqına üzvlük yolunda əldə etdiyi irəliləyişin qiymətləndirilməsi daxildir.

