Türkiyəli şoumen Mehmet Ali Erbil ilə Gülseren Ceylanın 7 ay davam edən evliliyi rəsmi olaraq başa çatıb. Cütlük Beykoz 1-ci Ailə Məhkəməsində keçirilən iclasda bir iclasda boşanıb.
Məhkəmə qərarında bildirilib ki, nikah “ailə birliyinin əsaslı şəkildə sarsılması” səbəbi ilə ləğv edilib.
Boşanmadan sonra açıqlama verən Mehmet Ali Erbil ayrılıqda əsas günahın özündə olduğunu etiraf edib.
“Səhvlərin 99 faizi məndən qaynaqlanırdı. Bunu çapkınlıq yox, kişi kimyası adlandıraq”, – deyə o bildirib.
Bir məkandan çıxarkən jurnalistlərin suallarını cavablandıran Erbil ayrılıq barədə ilk dəfə danışıb. O bildirib ki, boşanmadan sonra ən çox Gülseren Ceylanı və “oğlum” adlandırdığı itini darıxıb.
“Ayrılıq ölümündən sonra insanın yaşadığı ən böyük travmadır. Biz üç ildən çox birlikdə olduq və hörmət çərçivəsində ayrıldıq”, – deyə şoumen qeyd edib.
Erbil həmçinin bildirib ki, boşanmadan sonra keçmiş həyat yoldaşı ilə təxminən üç həftədir danışmırlar.
Jurnalistlərin “yenidən evlənməyi düşünürsünüz?” sualına isə o, qısa cavab verib:

“Böyük danışmayım”.
Şoumen həmçinin toya gəlmədiyi üçün incik olduğu müğənni Serdar Ortaç barədə də danışıb. Onun sözlərinə görə, Ortaç sonradan mesaj yazaraq zarafatla belə deyib:

“Bir dahakına inşallah”.
Erbil isə buna münasibət bildirərək deyib ki, görünür müğənni boşanacağını əvvəlcədən hiss edib.

