İstanbulun Eyüpsultan səmtində dubleks binanın üçüncü mərtəbəsində 4 nəfər ailə üzvünün ölümü ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.
Den.az xəbər verir ki, işdən evə qayıdan 37 yaşlı Sevinç İnce böyük qardaşı Mehmet Yenigünü dəhlizdə, anası Fatma İncə, baldızı Aysun Yenigünü digər otaqlarda, bacısı qızı Zilan Yenigünü isə yuxarı mərtəbədə döşəmədə qan içində uzanmış görüb.
O, dərhal polisə xəbər verib və hadisə yerinə gələn polis küçədə geniş təhlükəsizlik tədbirləri həyata keçirib.
Hadisə yerində aparılan araşdırmalardan sonra Mehmet və Aysun Yenigünün 17 yaşlı oğlu B.Y-nin olmaması müəyyən edilib.
Onun Bursada olduğu bilinib və şübhəli B.Y saxlanılaraq İstanbula gətirilib.
B.Y polisdə ifadəsi zamanı hadisəni törətdiyini etiraf edib.
O, hadisənin qızıl sayma məsələsi üzündən baş verdiyi iddia edib. Bildirib ki, atası qızıl sikkələri sayaraq onlardan iksinin itdiyini görəndə valideyn-övlad arasında mübahisə yaranıb və nəticədə gənc ailə üzvlərini qətlə yetirərək hadisə yerindən qaçıb.
İstintaq digər versiyalar üzərində də işləyir.
17 yaşlı gənc öz ailəsini öldürdü: 4 meyit tapıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.