Türkiyənin məşhur aktyor və aktrisaları haqqında vergi araşdırması başladılıb.
“Den.az” “Yeni Şafak”a istinadən xəbər verir ki, buna səbəb onların çox qazandıqları halda az vergi ödəmələridir.
Təxminən 150 sənətçi və onların əməkdaşlıq etdiyi agentliklər risk altında hesab edilib. Belə ki, onların gəlirləri ilə vergi bəyannamələri arasında uyğunsuzluq aşkar edilib.
Həmin şəxslər və onların gəlirləri aşağıdakı kimidir:
1. Hande Erçel - Türkiyənin ən zəngin aktrisalarında biridir. Onun sərvətinin 249 milyon lirə olduğu məlum olub;
2. Serenay Sarıkaya - sərvəti 186 milyon lirədir;
3. Karyerasını həm Türkiyə, həm də İtaliyada davam etdirən aktyor Can Yamanın sərvətinin 311 milyon lirə olduğu bəlli olub;
4. “Muhteşem Yüzyıl” serialı ilə tanınan aktrisa Meryem Üzerlinin sərvəti də 311 milyon lirədir;
5. 20 yaşından bəri serial və film sektorunda yer alan, eyni zamanda modellik karyerası da olan Kıvanç Tatlıtuğun 466 milyon lirə sərvəti var.
Sərvət sahibi olsalar da, az vergi ödəyirlər... - Siyahı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.