Son günlər saxlanılan və ifadələri alınan məşhur şəxslərə narkotik testi tətbiq edilib. İfadəsi alınan şəxslərin test nəticələrinin məlum olduğu bildirilib. Bəzi şəxslərin test nəticələrində qadağan olunmuş maddələr aşkar edilib.
Araşdırmalar çərçivəsində aparılan yoxlamalar zamanı aktyor İbrahim Çelikkolun saç nümunəsində kokain və onun metabolitləri aşkar olunub.
Müğənni Mustafa Cecelinin saç nümunəsində də kokain müəyyən edilib, İlkay Şencanın qanında isə marixuananın təsiredici maddəsi olan THC metaboliti tapılıb.
Aktrisa Hande Erçelin test nəticəsinə görə isə sidik nümunəsində morfin və kodein aşkar edilib.
Digər tərəfdən, Fikret Orman və Burak Elmasın test nəticələri mənfi çıxıb.

