Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri çərçivəsində Türkiyə Ticarət Nazirliyi Gömrük Mühafizə Baş İdarəsinin Narkotiklərə qarşı Cinayətlərlə Mübarizə Şöbəsi tərəfindən “Dilucu” sərhəd-keçid məntəqəsində yük maşınında yoxlamalar aparılıb.
Den.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Yoxlamalar çərçivəsində gizlədilmiş şəkildə 691 kiloqram narkotik vasitə olan – metamfetamin aşkar edilərək götürülüb.
Aşkar edilən narkotik vasitələrinin bazar dəyərinin təxminən 2 milyard 73 milyon lirə (red – 90,382,800 Azərbaycan manatı) olduğu müəyyən edilib.
Qeyd edək ki, “Dilucu” Naxçıvan Muxtar Respublikasında yerləşən, Azərbaycan-Türkiyə sərhədi üzərində yaradılmış keçid məntəqəsidir.