Müğənni Haluk Leventin səhhəti ilə bağlı açıqlama verilib.
Sənətçi Eskişehirdə verdiyi "19 Mayıs" konsertindən sonra AFAD toplantısına qatılmaq üçün yola çıxıb. Lakin yolda halı pisləşən Haluk Levent xəstəxanaya yerləşdirilmişdi.
Müayinələrdən sonra onun mədə qanaxması keçirdiyi müəyyən edilmiş və sənətçi reanimasiyaya alınmışdı.
Haluk Leventin qurucusu olduğu AHBAP Dərnəyinin rəsmi Instagram səhifəsində onun səhhəti ilə bağlı yeni açıqlama yayımlanıb.
Açıqlamada Qazi Universiteti Tibb Fakültəsi Ümumi Cərrahiyyə kafedrasının müəllimi Prof. Dr. Hasan Bostancının məlumat verdiyi bildirilib.
Qeyd olunub ki, mədə qanaxması şübhəsi ilə təcili yardımdan xəstəxanaya qəbul edilən Haluk Leventin bütün lazımi müayinələri tamamlanıb. Daha sonra aparılan endoskopik müdaxilə ilə mədə qanaxması dayandırılıb.
Sənətçiyə qan köçürülməsi tətbiq olunub və həkim nəzarəti davam edir.
Açıqlamada bildirilib ki, qarşıdakı 2 gün ərzində qanaxma təkrarlanmasa, Haluk Leventin evə buraxılması məsələsinə baxılacaq.
Sədrimiz adından bütün keçmiş olsun diləkləriniz üçün çox təşəkkür edirik,— deyə AHBAP-ın açıqlamasında qeyd olunub.

