Sumqayıt şəhərində müəmmalı şəkildə halı pisləşən şəxs xəstəxanaya yerləşdirilib.
Den.az xəbər verir ki, Sumqayıt şəhərində 1987-ci il təvəllüdlü İmanov Çərkəz Tahir oğlu naməlum şəraitdə daxili qanaxma diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, xəstə hazırda daxili qan axma keçirir və vəziyyəti ağırdır.