Türk musiqisinin tanınmış simalarından olan Cengiz Kurtoğlu Konya şəhərində verəcəyi konsertdən əvvəl yol qəzası keçirib.
Xəbəri "Milliyet" yayıb.
Hadisədən dərhal sonra usta sənətçi müayinə məqsədilə xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım təcili yardım şöbəsində göstərilib.
Həkimlərin apardığı ətraflı müayinə və yoxlamalar nəticəsində Kurtoğlunun ayağında qəza nəticəsində çat yarandığı müəyyən edilib.
Məlumata görə, sənətçinin ümumi sağlamlıq vəziyyəti yaxşıdır və vəziyyəti nəzarət altındadır.
Həkimlərin tövsiyəsi ilə Cengiz Kurtoğlu bir müddət istirahət edəcək.

