Müğənni Akif İslamzadə xəstəxanaya yerləşdirilib.
Yerli KİV-lərinin məlumatına əsasən, sənətkar infarkt keçirib.
Ona ilkin tibbi yardım göstərildikdən sonra daha ətraflı müayinə və həkim nəzarəti üçün xəstəxanalardan birinə aparılıb.
İfaçının oğlu Ayxan İslamzadə atasının xəstəxanada olduğunu təsdiqləyib.
Həkimlər onu müayinə edirlər, — deyə o bildirib.

