Səkkiz illik evliliyini bitirdikdən sonra səhnələrə qayıdan 48 yaşlı məşhur oriental rəqqasə Asena şəxsi həyatı ilə yenidən diqqət mərkəzinə düşüb.
Məlumata görə, Asena daha əvvəl “ağabəyim” deyə müraciət etdiyi, reklam üzü olduğu tikinti şirkətinin sahibi, 50 yaşlı iş adamı Kani Kudu ilə münasibət yaşamağa başlayıb.
Yeni münasibəti ilə gündəmə gələn məşhur rəqqasə sevgilisinin Yalovada yerləşən fermasına köçüb. Asena səhnə fəaliyyətindən kənar vaxtını burada keçirir.
Gözlərdən uzaq həyat tərzi seçən rəqqasə günlərini fermada qoyun, quzu və itləri ilə maraqlanaraq keçirir.

