ABŞ-ın Viskonsin ştatında yaşayan 109 yaşlı Sara Levin uzunömürlülüyünün əsas səbəbi kimi piyada gəzməyi göstərib.
Bu barədə Milwaukee Journal Sentinel məlumat yayıb.
Levin hələ də aktiv həyat tərzi keçirir və pianoda ifa edir.
Sara Levin 1917-ci il iyunun 12-də İllinoys ştatında anadan olub. 1939-cu ildə ailə qurduqdan sonra Rasine şəhərinə köçüb və bu günə qədər orada yaşayır.
Məlumata görə, Levin 100 yaşında bud-çanaq oynağının dəyişdirilməsi əməliyyatından sonra yaşlılar üçün pansionata köçüb.
Onun doğum gününün qeyd olunmasında ailə üzvləri və yaxınları ilə yanaşı, Rasine şəhərinin yanğınsöndürənləri də iştirak ediblər. Yanğınsöndürənlər 109 yaşlı qadını şəhərdə gəzdiriblər.
Levin uzunömürlülüyünün sirrini üç amillə izah edib: çox gəzmək, fastfud yeməmək və ailə sevgisi.
“Düşünürəm ki, yerimək çox kömək edir. Mən bütün həyatım boyu çox gəzmişəm. Fastfud da yeməmişəm. Bundan başqa, ailə sevgisi də böyük rol oynayır”, — Sara Levin bildirib.

