Baş rol aktyoru dəyişikliyi ilə gündəmə gələn “Güneşin Doğduğu Yer” serialında qadın baş rol ifaçısı müəyyənləşib.
Serialın baş rolunda əvvəlcə Uğur Güneşin yer alması planlaşdırılsa da, aktyor son anda layihədən ayrılıb. Bundan sonra heyətə Burak Özçivit daxil edilib.
Qadın baş rol ifaçısının seçilməsi prosesinin uzanması səbəbindən çəkilişlərin də təxirə salındığı öyrənilmişdi.

TİMSBİ Productions imzalı layihənin prodüserləri Timur Savcı və Burak Sağyaşar, ssenari müəllifi Yıldız Tunç, rejissoru isə Çağrı Vila Lostuvalıdır.
Birsen Altuntaşın məlumatına görə, sentyabr ayında atv ekranlarında yayımlanması planlaşdırılan serialda Burak Özçivitin tərəf müqabili olacaq Tina obrazını Beyza Gümülcine canlandıracaq.

Hekayəsi Almaniyada başlayıb Adanada davam edəcək serialın hazırlıqları davam edərkən, Beyza Gümülcine son olaraq “Yeraltı” serialında vəkil Hande obrazı ilə tamaşaçı qarşısına çıxmışdı.

