Türk sənət musiqisinin usta ismi, “Diva” ləqəbli Bülent Ersoy uzun illərdir uzaq durduğu estetik əməliyyatla gündəmə gəlib.
Uğurlu əməliyyatdan sonra xəstəxana otağından ilk fotosunu paylaşan sənətçi izləyicilərinə səslənərək, “Biz starların yaşı yoxdur, lakin yaş almaq da bir həqiqətdir” sözlərini yazıb.
“İllərdir botoks belə etdirməmişdim”
Sosial media hesabında əməliyyatdan sonra çəkilən fotosunu yayımlayan Bülent Ersoy estetiklə bağlı uzun illər davam edən qərarını necə dəyişdiyini səmimi sözlərlə izah edib.
Sənətçi bildirib ki, uzun müddət estetik müdaxilələrdən uzaq dayanıb:
“Möhtərəm izləyicilərim, biz starların yaşı yoxdur, yaşı olmayan insanlarıq. Lakin yaş almaq da bir həqiqətdir. İllərdir estetik deyiləndə bu mövzu məndən çox uzaq idi. Bəlkə inanmayacaqsınız, amma çox uzun illərdir botoks belə etdirməmişdim. Ta ki hörmətli Volkan hocamla qarşılaşana qədər...”
“Özümü ona etibar etdim”
Onu əməliyyat edən həkimə təşəkkür edən Diva nəticədən məmnun qaldığını və sevincini izləyiciləri ilə bölüşmək istədiyini qeyd edib.
“O, həm peşəkar, həm də insan olaraq mənə bu güvəni verdi. Özümü ona etibar etdim və aldığım uğurlu nəticənin sevincini sizinlə paylaşmaq istədim. Bu uğuru sizin də görməyinizi və həyəcanıma ortaq olmağınızı istədim. Hörmətli hocama ‘sehrli əllər’ deməliyəm. Onun elminə, biliyinə və əməyinə sonsuz təşəkkür edirəm”, — deyə Bülent Ersoy bildirib.

Diva paylaşımının sonunda izləyicilərinə minnətdarlığını ifadə edib.
Bülent Ersoyun bu paylaşımı qısa müddətdə sosial mediada geniş müzakirə olunub. Pərəstişkarları usta sənətçiyə keçmiş olsun mesajları ünvanlayıblar.

